Medianews.az
38 ildən sonra günahsız olduğu sübut olundu - <span style=color:red>Ağlaya-ağlaya azadlığa çıxdı
62 baxış

38 ildən sonra günahsız olduğu sübut olundu - Ağlaya-ağlaya azadlığa çıxdı

1987-ci ildə İngiltərədə 21 yaşlı Dayan Sindallın zorlanaraq öldürülməsi ilə əlaqədar ömürlük həbs cəzası alan Peter Sullivan 38 ildən sonra günahsız elan edilib. Medianews.az xəbər verir ki, yeni DNT testləri nəticəsində Sullivanın qətllə heç bir əlaqəsinin olmadığı sübut olunub.

Hadisə 1986-cı ildə, Sindallın Liverpul yaxınlığındakı Birkenheaddə bardan çıxıb evə gedərkən baş verib. Sullivan, həmin cinayətə görə 38 il 7 ay 21 gün – ümumilikdə 14 min gündən çox həbsdə qalıb.

Cinayət İşlərinə Nəzarət Komissiyası (CCRC) tərəfindən aparılan araşdırma zamanı hadisə yerindən götürülən sperma nümunəsi müasir DNT texnologiyası ilə yenidən yoxlanılıb və qurbanın nişanlısı da daxil olmaqla tanınan şəxslərlə uyğunluq tapılmayıb.

London Cinayət Məhkəməsində Sullivanın məhkumluğu ləğv olunub. Məhkəmədə videobağlantı vasitəsilə iştirak edən Sullivan, azad ediləcəyini eşidəndə göz yaşlarını saxlaya bilməyib. O, vəkili vasitəsilə verdiyi açıqlamada “Qəzəbli və ya incik deyiləm. Həqiqət nəhayət üzə çıxdı”,-deyə bildirib.

Hazırda 68 yaşlı Peter Sullivan Britaniya hüquq tarixində ən uzun müddət haqsız yerə məhkum edilən şəxslərdən biri hesab olunur. Qətlin əsl müəllifi hələ də məlum deyil, istintaq davam edir. Medianews.az

Bizə qoşulun