Medianews.az
“Almaniya Krallığı” rəsmən <span style=color:red>qadağan olundu
115 baxış

“Almaniya Krallığı” rəsmən qadağan olundu

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt “Almaniya Krallığı” adlı birliyi rəsmi olaraq qadağan edib. Nazirliyin verdiyi məlumata görə, səhər saatlarından etibarən yüzlərlə polis əməkdaşı yeddi federal əyalətdə bu təşkilatın aparıcı üzvlərinə məxsus məkanlarda, mənzillərdə axtarış aparır. Federal Baş Prokurorluğun bildirdiyinə görə, təşkilatın qurucusu da daxil olmaqla dörd nəfər saxlanılıb. Reydlər Saksoniya, Saksoniya-Anhalt, Türingiya, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya, Reynland-Pfalz və Baden-Vürtemberq əyalətlərində həyata keçirilib. Daxili işlər naziri Dobrindt bunu “Reyx vətəndaşları” hərəkatına qarşı atılmış mühüm addım adlandırıb. Birlik “alternativ dövlət” yaratmışdı Nazir Dobrindtin sözlərinə görə, bu birliyin üzvləri Almaniyada “alternativ bir dövlət” qurmağa çalışıblar və iqtisadi cinayətkarlığa əsaslanan strukturlar formalaşdırıblar. Onlar hakimiyyət iddialarını antisemit konspirasiya nəzəriyyələri ilə əsaslandırıblar. Dobrindt bildirib ki, hüquqi dövlət belə davranışlara göz yuma bilməz. “Almaniya Krallığı” adlı birlik 2012-ci ildə yaradılıb və rəsmi məlumata görə, Almaniya Federativ Respublikasının mövcudluğunu inkar edən və onun hüquq sistemini qəbul etməyən şəxslərin ən böyük təşkilatı sayılır. Onların çoxu hesab edir ki, tarixi alman imperiyası hələ də mövcuddur. “Reyx vətəndaşları” adlandırılan bu şəxslər demokratik və hüquqi dövlət qurumlarını - parlamenti, qanunları və məhkəmələri tanımırlar. Onlar vergi, sosial ödənişlər və cərimələr ödəməkdən imtina edirlər. Bu hərəkat əsasən kiçik qruplardan ibarətdir. Bəzi “Reyx vətəndaşları” isə özlərini kiçik “dövlətlərinin” rəhbəri hesab edirlər. Sarvan Səmədoğlu, Amaniya

Bizə qoşulun