12.05.2025, 08:31
138 baxış
Nailə
PKK ləğv edildi
PKK terror təşkilatı ləğv edilib.
Teleqraf xəbər verir ki, bu barədə təşkilata yaxınlığı ilə tanınan “Rudaw” telekanalı məlumat verib.
Mayın 5-7-də keçirilən qurultayda özünü buraxma qərarı verən PKK bu qərarı yazılı bəyanatla ictimaiyyətə açıqlayıb. Qərar PKK-nın çətir təşkilatı KCK-nın qurultayında verilib.
Xatırladaq ki, KCK, tam adı “Kürdüstan İcmaları Birliyi” olan qurum Öcalanın nəzəriyyəsini irəli sürdüyü “demokratik konfederalizm” çərçivəsində qurulan çətir təşkilatıdır. KCK-ya PKK, PYD (Suriya), PJAK (İran) və PCDK (Suriya) kimi terror təşkilatları daxildir. KCK-nin mərkəzi İraqın şimalında (Qəndil dağı) yerləşir.