12.05.2025, 11:24
118 baxış
Nailə
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
Gəncə şəhərində yaşayış binasında partlayış baş verib.
Hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən binaların birində qeydə alınıb.
Yaşayış binasında mənzillərin birində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (Report)