Medianews.az
İlham Əliyev bu lenti yaxasına taxmaqdan imtina etdi – <span style=color:red>VİDEO
147 baxış

İlham Əliyev bu lenti yaxasına taxmaqdan imtina etdi – VİDEO

Moskvada keçirilən 9 May paradında maraqlı detal diqqət çəkib. Bununla bağlı politoloq Elxan Şahinoğlu paylaşım edib. O, Prezident İlham Əliyevin paradda iştirak etməməsinin daha bir səbəbini belə izah edib:
"Rusiya televiziya kanallarında Moskvada keçirilən 9 may paradını izlədim və qısa müşahidəm əsasında Prezident İlham Əliyevin həmin tədbirdə iştirak etməməsinin doğru qərar olmasının sadəcə iki səbəbini söyləyim. Birincisi, paradda qonaqların çoxunun yaxasında “gerogi lenti” var idi. “Georgi lenti” isə Rusiya işğalının rəmzidir. Rusiyadakı şovinistlər Gürcüstan torpaqlarını işğal edəndə georgi lentini yaxalarına taxırdılar, Ukraynaya qarşı işğalçı müharibədə də yaxalarını bu lentlər "bəzəyir". Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycan Prezidenti yaxasına işğalçı rəmzi vurmaz. İkincisi, hərbi texnikanın Qızıl meydandan keçişi zamanı aparıcı tez-tez Ukraynanın adını çəkmədən bu ifadəni işlədirdi: “Bu hərbi texnikadan “xüsusi əməliyyat” zamanı istifadə edilir”. Bu da bir daha göstərir ki, Kreml bu paraddan siyasi məqsədlər üçün istifadə edib".
Daha ətraflı Globalinfo.az-ın videosunda: https://youtu.be/K-03zG-Gw1Y?si=7BoKl1_C7HQkA3tf

Bizə qoşulun