Medianews.az
Usman Dembele tarixə <span style=color:red>düşdü
131 baxış

Usman Dembele tarixə düşdü

PSJ-nin üzvü Usman Dembele tarixə düşüb. Medianews.az Offsideplus.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Fransa klublarının futbolçuları arasında Çempionlar Liqasının (ÇL) bir mövsümü ərzində ən böyük məhsuldarlığa imza atıb. O, dünən gecə yarımfinal mərhələsində "Arsenal"la oyunda (2:1) qol ötürməsi verib. Beləliklə, Dembele cari mövsümdə ÇL-də əvvəllər Fransa təmsilçilərindən heç kimin bacarmadığını reallaşdırıb: 8 qol və 4 məhsuldar ötürmə. Ümumiyyətlə, istedadlı futbolçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 46 oyun keçirib, 33 dəfə rəqib qapılarına yol tapıb, 13 assist edib. Onun PSJ ilə müqaviləsi 2028-in yayınadək nəzərdə tutulub. Dembelenin transfer dəyəri 75 milyon dollar qiymətləndirilir.

Bizə qoşulun