08.05.2025, 07:56
134 baxış
Nailə
Pakistanın Lahor şəhərində partlayışlar oldu
Pakistanın Lahor şəhərində bir neçə partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Samaa TV" məlumat yayıb.
Məlumata görə, partlayış səsləri şəhərin Qopal-Naqar və hava limanı yaxınlığındakı Nəsirabad ərazilərindəki Uolton şossesində eşidilib. Bunun Hindistana məxsus pilotsuz uçan aparatının (PUA) məhv edilməsi ilə əlaqədar olduğu ehtimal edilir.
Bundan başqa, Lahorun mərkəzində yerləşən Askari 5 rayonunda da iki güclü partlayışın baş verdiyi bildirilir.
Paylaş: