08.05.2025, 08:33
123 baxış
Nailə
Hindistanda helikopter qəzası, ölənlər var - FOTO
Hindistanda helikopter qəzaya düşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 9 radələrində Uttarakxand ştatında baş verib.
Belə ki, şəxsi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, biri ağır olmaqla 2 nəfər yaralanıb.
Qəzanın baş vermə səbəbi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.