08.05.2025, 11:27
99 baxış
Nailə
Arif Babayev xəstəxanaya yerləşdirildi
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib.
Bu haqda Teleqraf-a xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.
“Atam iki gündür ki, Mərkəzi Klinikaya yerləşdirilib. Səhhətində kiçik problem yaranıb. İnşallah, bir neçə günə xəstəxanadan evə buraxılacaq”,-deyə Y. Babayev məlumat verib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Xalq artisti Arif Babayev Heydər Əliyev Mükafatına layiq görülüb.