06.05.2025, 08:56
106 baxış
Lamiyə
10 kiloqram çiyələk… - Nə ilə faydalıdır?
Həkim Olqa Miluşkina mövsüm ərzində 10 kiloqram çiyələk yeməyi məsləhət görüb.
Medianews.az xəbər verir ki, Miluşkinanın sözlərinə görə, 100 qram çiyələkdə 50-100 milliqram C vitamini var.
Askorbin turşusu xüsusilə görmə problemi olan insanlar üçün faydalıdır.
Həkim qeyd edir ki, mövsüm ərzində qanda C vitaminini optimal səviyyədə saxlamaq üçün 10 kiloqram çiyələk istehlak etmək lazımdır. Söhbət mayın sonundan payıza qədər olan müddətdən gedir.
Medianews.az