Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid mayın 5-də Medianews.az-a açıqlamasında deyib ki, jurnalist ictimaiyyəti dövlət başçısının sərəncamını çox yüksək qiymətləndirir: “Sərəncamda Azərbaycan mətbuatının tarixinə böyük dəyər verilib. Eyni zamanda Ulu öndər Heydər Əliyevin dövründə mətbuata göstərilən diqqət xatırladılıb. Daha bir önəmli məqam Vətən müharibəsi zamanı Azərbaycan jurnalistlərinin göstərdiyi fədakarlıq, vətənpərvərlik, düşmənlərin saxta informasiyalarına qarşı aparılan mətin mübarizənin vurğulanmasıdır. Hesab edirəm ki, cənab Prezidentin sərəncamı mətbuatımızın 150 illiyini layiqincə qeyd etmək üçün yol xəritəsidir. Əminəm ki, biz bu əsasda Medianın İnkişafı Agentliyi ilə birlikdə çox layiqli tədbirlər keçirəcəyik.
İndi Mətbuat Şurasında təkliflər hazırlanır. Mənim şəxsən arzuladığım bir məsələ də təkliflər sırasındadır. Yəqin bizim tədbirlər planına da salınacaq. Arzum budur ki, mədəniyyət paytaxtımız Şuşada Azərbaycan Mətbuat Muzeyi yaradılsın. Özü də həmin muzey şəhərin qədim, köhnə binalarının birində açılsın.
Şuşa Azərbaycan mətbuatında böyük xidmətləri olan görkəmli ziyalıların, publisistlərin vətənidir – Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev... Bu siyahıya daha neçə-neçə parlaq imza, parlaq ad daxildir. Mətbuat üzrə mütəxəssislərin, eyni zamanda Mətbuat Şurası İdarə Heyətinin üzvü Akif Aşırlının təşəbbüsü ilə onun baş redaktoru olduğu “Şərq” qəzetinin redaksiyasında mətbuat muzeyi yaradılıb. Yəni zəngin bir muzeyin yaradılması üçün artıq eksponat bazası var, bütün imkanlar var”.
R.Məcid hesab edir ki, dövlətin dəstəyi ilə Şuşada sözügedən muzey yaradılsa, milli mətbuatın 150 illiyinə ən qiymətli töhfələrdən olar: “Artıq neçə müddətdir Şuşada beynəlxalq media forumları keçirilir, bu, ənənə halını alıb. Fikrimcə, muzeyin varlığı bugünkü azad Şuşa ilə media prosesləri arasında bağları istər simvolik, istərsə də sözün birbaşa mənasında daha da möhkəmlədər.
Mətbuat Şurası İdarə Heyətinin üzvləri başqa təkliflər də irəli sürürlər. Bəlli olduğu kimi, istər Ümummilli lider Heydər Əliyevin, istərsə də cənab İlham Əliyevin mətbuatın iqtisadi vəziyyətinin, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxlu sərəncamı, fərmanı var. Mətbuat Şurası İdarə Heyətinin üzvləri jurnalistlərə yeni güzəştlərin edilməsi istiqamətində bir sıra təkliflər səsləndirirlər. Bilirsiniz ki, jurnalistlər az əmək haqqı alırlar. Təqaüdə çıxanda da təqaüdləri az olur. Təkliflər arasında jurnalistlərin müəyyən borclarının dövlət tərəfindən bağışlanması, yaxud media nümayəndələrinə sosial dəstək - subsidiya verilməsi də əksini tapır. Eyni zamanda Mətbuat Şurası İdarə Heyətinin üzvləri xatırladırlar ki, cənab Prezident 2007-ci ildə bəstəkarlara, yazıçılara, rəssamlara, mədəniyyət adamlarına birillik təqaüdlərin verilməsi haqda sərəncam imzalayıb. Bizim yaşlı jurnalistlərin də az pensiya aldığını nəzərdə tutaraq, onlara təqaüdlərin verilməsi kimi təkliflərimiz ola bilər. Azərbaycan dövləti həmişə mediaya yüksək dəyər verib, Prezidentimiz daima müstəqil medianı yüksək qiymətləndirib. Bu il də yəqin ki, Şuşada beynəlxalq media forumu davam edəcək. Eyni zamanda digər hökumət qurumları ilə birgə mətbuatımızın yubiley tədbirlərini layiqli səviyyədə keçirəcəyik”.
Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsini yüksək dəyərləndirdiyini diqqətə çatdıran R.Məcid vurğulayıb: “Arzum odur ki, mətbuat sahəsində xidməti olanlar bu medalla təltif edilsinlər. Bizim peşəkar jurnalistlərimiz, eyni zamanda 20 Yanvar qırğınından üzü bəri taleyüklü hadisələrdə, Qarabağ savaşında əlində qələm, videokamera fəallıq göstərmiş media nümayəndələrimiz unudulmasın. Biz çalışırıq ki, xalqımız, mediamız qarşısında xidməti olan şəxslərin siyahısını hazırlayaq və konkret təkliflər irəli sürək.
Mətbuat tarixini araşdıran alimlərin, mətbuat tədrisi ilə məşğul olan müəllimlərin də yubiley medalı ilə təltif olunması arzuediləndir. Ümumiyyətlə mətbuatda xidmətləri olar heç kəsin qıraqda qalmasını istəməzdik. Medalla təltif edilməsi üçün gənc jurnalistlər arasından da namizədlər seçmək mümkündür.
Bu yaxında yəqin ki, Mətbuat Şurası ilə Medianın İnkişafı Agentliyi yenidən birgə müzakirələr aparacaq. Mətbuatımızın 150 illiyi layiqli səviyyədə qeyd olunacaq. Bəri başdan bütün jurnalistrlərimizi ürəkdən təbrik edirəm”.
Nailə Qasımova,
Medianews.az
05.05.2025, 17:29
456
baxış
Azad
Jurnalistlər üçün yeni güzəştlər – Rəşad Məcid təklifləri AÇIQLADI
Bu il Azərbaycan milli mətbuatının 150 illiyidir. Qarşıdan yubiley tədbirləri gəlir. Prezident İlham Əliyevin aprelin 25-də imzaladığı sərəncama əsasən, milli mətbuatın 150 illiyi ölkəmizdə geniş qeyd olunmalıdır. Sərəncamda Prezident Administrasiyasına Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırılıb.

Paylaş: