Medianews.az
Azərbaycanda: <span style=color:red>bir gündə dörd nəfər intihar edib
120 baxış

Azərbaycanda: bir gündə dörd nəfər intihar edib

Ötən gün Azərbaycanda dörd nəfər intihar edib. Teleqraf-ın əldə etdiyi xəbər görə, hadisələrdən biri Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib. Mayın 2-də 1969-cu il təvəllüdlü Vəsilə Murtuz qızı Salahova yaşadığı Şüvəlan qəsəbəsindəki evdə özünə qəsd edib. Həmin gün Abşeron rayonunun Digah kəndində 1988-ci ildə anadan olmuş Əlibaxış Gülrza oğlu Ağayev yaşadığı evin həyətində özünü öldürüb. Digər hadisə Quba rayonunun Qalayxudat kəndində qeydə alınıb. 1989-cu il təvəllüdlü Ədalət Gülməddin oğlu Sultanov yaşadığı evin həyətində intihar edib. Qəbələ şəhəri Z.Əliyeva küçəsində yaşayan 1988-ci ildə təvəllüdlü Anar Vahiz oğlu Zamanov da mayın 2-də özünə qəsd edib. İntihar faktları ilə bağlı rayon prokurorluqlarında araşdırma aparılır.

Bizə qoşulun