Amerikalı konseptual rəssam və rəqəmsal illüstrator, elmi fantastika janrını inkişaf etdirməklə gələcək dünyanı təsvir edən Kventin Stip, mütəxəssislərin fikrincə, tamamilə real görünən gələcəyi təqdim edir.

Əslində, o öz tamaşaçılarını və sənət adamlarını deyil, eyni zamanda fantastika həvəskarlarının təxəyyülünü ələ keçirib.

Medianews.az-ın məlumatına görə, bir çox elm adamları, həmçinin memarlar bildiriblər ki, ola bilsin, yaxın gələcəkdə Kventin Stipin təsvirləri üzərində bəzi layihələrin reallaşacağı mümkün olacaq.

Alimlərin izahına görə, Kventin Stipin əsərləri sadəcə rəsm əsəri kimi diqqəti çəkmir. Bu təsvirlərdə reallığı təcəssüm etdirən mesajlar, tamamilə riyazi, həndəsi, fiziki qanunlara cavab verən gələcək şəhərlər, həmçinin yüksək texnologiyaların köməyi sayəsində intibah dövründə formalaşmış qeyri-adi memarlıq, "səmavi" arxitektura var.

Stipin təsvirləri uzaq qalaktikalara və post-apokaliptik mənzərələrə, həmçinin kinonun epik atmosferi ilə dolu sehrli bir dünyalara aparır.

Kventin Stip uzun müddətdir ki, müxtəlif layihələr üçün çox cəlbedici, heyrətamiz vizual konsepsiyalar yaradır. Stip video oyun və film sənayesində çalışır və o, bu sahədə 10 ildən çox təcrübəyə malikdir. Hazırda o, məşhur oyunların yüksək keyfiyyətli remeykləri ilə tanınan ABŞ-ın "Bluepoint Games" kino studiyasında baş konseptual rəssam vəzifəsini tutur.

Stip bildirib ki, onun əsas işi personajlarının, mühitlərin, nəqliyyat vasitələrinin vizual təsvirlərini hazırlamaqdır. Rəssam deyib ki, bu işləri həyata keçirməklə, sonradan oyunların son qrafikasını və yaxud da bir fantastik filmin məkanını qurur.

Amerikalı mütəxəssislər bildiriblər ki, çox istedadlı rəssam olan, "kosmik təfəkkürə" malik bir şəxs kimi Kventin Stipin dizaynı sayəsində hətta indidən bəzi layihələri işə salmaq, gerçəkləşdirmək mümkündür.
Medianews.az