Medianews.az
Azərbaycan İranla məsafəli davranmağa <span style=color:red>məcburdur
155 baxış

Azərbaycan İranla məsafəli davranmağa məcburdur

Azərbaycan İranla məsafəli davranmağa məcburdur. Azərbaycan 1990-ci illərdə ən ağır günlərində, həmçinin Ermənistanla ağır müharibə apardığı dövrdə İranın siyasi istəklərinə uyğun siyasət aparmadı. Tehranın təzyiqləri qarşısında geri çəkilmədi. İranla həmişə normal münasibətlər sistemində əlaqələrə üstünlük verdik. İranın təzyiqlərinə qarşı adekvat cavab verdik. İran Azərbaycana qarşı məzhəb və ideoloji iş aparmasına baxmayaraq fiaskoya uğradı. 30 il ərzində bütün ən çirkin metodlara əl atıldı. Azərbaycan səfirliyinə qarşı terror həyata keçirildi. Azərbaycanı hərbi təhdid və işğalla hədələdi. Sərhədə ordu yığdı. Cavabını eyni dildə aldı. Azərbaycan xalqı məhz İranla məsafəli davranışa üstünlük verdi. Bu, Tehran rejimini əsəbləşdirən əsas faktordur. Anlayırlar ki, Azərbaycanı ən zəif vaxtında tabe etdirə bilmədilər, güclü olduğu müddətdə bütün metodları puça çıxdı. Hazırda əməkdaşlığa üstünlük vermək xətti götürüblər. Azərbaycan xalqı fars siyasətinin uzun illərdi ki, hiyləgər olduğunu başa düşür. Ona görə bundan sonra da İranla məsafə saxlanılacaq. Güney Azərbaycanla bağlı siyasətimizə gəldikdə isə, yeni bir siyasi məqamı gözləməliyik. Buna baxmayaraq Cənubi Azərbaycanda işi qurmalıyıq. Məhəmməd Əsədullazadə, siyasi ekspert

Bizə qoşulun