Medianews.az
103 yaşlı qadın uzunömürlülüyünün<span style=color:red>  səbəbini açıqladı
130 baxış

103 yaşlı qadın uzunömürlülüyünün  səbəbini açıqladı

Britaniyalı qadın 103 yaşını çimərlikdə keçirərək uzunömürlülüyünün sirrini açıb. Medianews.az xəbər verir ki, Doroti Ketl 22 aprel 1922-ci ildə Dorset ştatının Pumphill şəhərində anadan olub. Qadın uzun illər çörək sexində çalışıb və sonra öz iaşə şirkətini açıb. Ketl əri ilə 12 yaşında tanış olub. Onlar 1942-ci ildə evləniblər və yetmiş ildən çox bir yerdə yaşayıblar. Cütlüyün iki övladı var idi və indi britaniyalı qadının üç nəvəsi və beş nəticəsi var. Ketl növbəti ad gününü qocalar evinin rəhbərliyinin təşkil etdiyi çimərliyə səyahətlə qeyd edib. O, uzunömürlü olmasında iki sadə qidaya olan sevgisini səbəb bilir. "Mən sağlamam, çünki çoxlu balıq və tərəvəz yeyirəm" o deyib. Medianews.az

Bizə qoşulun