Medianews.az
Qiymətlər <span style=color:red>niyə qalxır?
158 baxış

Qiymətlər niyə qalxır?

Cari ilin ilk rübündə ötən ilin yanvar-martı ilə müqayisədə Azərbaycanda qiymətlər 5.6%, Gürcüstanda 3.5%, Ermənistanda 3.3% bahalaşıb. Bizdə qiymətlər niyə daha çox bahalaşıb? Bütün ölkələrdə qiymətləri yüksəldən başlıca amil pul kütləsinin ən hərəkətli hissəsinin həcmidir. Yəni dövlət ortalığa nə qədər əlavə pul atsa, qiymətlər bir o qədər artır. Yaxşı, bəs təzəliklə bazara nə qədər pul atmışıq? Ötən ilin birinci rübü ilə müqayisədə bu il yanvar-mart aylarında dövriyyədəki sırf nağd pul orta hesabla 2.4%, pul aqreqatları 2.7%, bütün pullar isə həcmcə 3.3% artmışdır. Başqa sözlə, bazar salamat işləsəydi, qiymətlər hardasa 2.4-3.6% arasında qalxacaqdı, amma nədənsə 5.6% qalxıb. Aradakı bu 2+ faizlik fərq o deməkdir ki, pul həcmindən fərqli amillər də hərəkətə keçib. Hansı? Qlobal bazarın təsiri ola bilməz, çünki olsaydı, onda Gürcüstan və Ermənistana da olardı. Hətta bizdə təsiri daha az olardı, çünki bazarımız daha böyükdür. Bu fərqin yeganə izahı var – monopoliyaların iqtisadiyyatın canından pul sovurması. Canımızdan nə qədər pul sovurduğunu indi hesablamaq mümkündür. Birinci rübdə mal və xidmətlərə 18.7 milyard manat xərcləmişik. Yəni monopoliyalar olmasaydı, ən azı 375 milyon manat daha az xərcləyəcəkdik. İllik ifadədə bu hardasa 1 milyard dollar edər. Buna monopoliyaların “çay pulu” da deyə bilərik. Çünki biznesdən əsas gəlirləri də varlarıdır, amma o, başqa mövzudur. İlqar Məmmədov

Bizə qoşulun