Medianews.az
Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - <span style=color:red>Çantalarınızı hazır saxlayın
500 baxış

Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv Fay Xəritələri əsasında ölkədə zəlzələ riski ən aşağı olan 20 şəhər müəyyən edilib. Milli.Az yerli mediaya istinadən xəbər verir ki, siyahıda ilk yerləri Sinop, Artvin və Rize şəhərləri yer alır. Səlahiyyətlilər riskin aşağı olmasına baxmayaraq, bütün vətəndaşlara zəlzələyə hazır olmaları ilə bağlı çağırış ediblər. Yenilənmiş xəritəyə əsasən, siyahıda Qara dəniz və İç Anadolu bölgələrində yerləşən şəhərlər üstünlük təşkil edir. Böyük şəhərlərdən uzaq, əsas fay xətlərindən nisbətən qorunan bu bölgələr həm mövcud tikili vəziyyəti, həm də coğrafi mövqeləri baxımından daha az riskli ərazilər hesab edilir. Türkiyədə zəlzələ riski ən aşağı olan 20 şəhər: Sinop Artvin Rize Trabzon Giresun Kastamonu Bartın Zonguldak Karabük Amasya Çankırı Yozgat Kırşehir Nevşehir Niğde Aksaray Konya Karaman Kırıkkale Edirne "Risk aşağıdır, lakin sıfır deyil" xəbərdarlığı Mütəxəssislər bildirirlər ki, bu şəhərlər böyük zəlzələlər baxımından daha az risk daşıyır, lakin Türkiyənin bütövlükdə zəlzələ ölkəsi olduğu unudulmamalıdır. AFAD nümayəndələri kiçikmiqyaslı zəlzələlər və afterşokların bu bölgələrdə də baş verə biləcəyini vurğulayıb. Eyni zamanda, riskin aşağı olduğu şəhərlərdə belə binaların möhkəmliyinin vacibliyi qeyd edilib. Qəzalı və köhnə tikililər, yenə də təhlükə yarada bilər. "Zəlzələ gerçəyini nəzarətdən kənar saxlamayın" çağırışı AFAD bütün vətəndaşlara fövqəladə hallar planı hazırlamağı, fövqəladə çanta toplamağı və binaların gücləndirilməsi işlərinə önəm verməyi tövsiyə edərək, "Zəlzələ gerçəyini həmişə nəzərə almaq lazımdır" xəbərdarlığını edib.

Bizə qoşulun