28.04.2025, 09:16
111 baxış
Lamiyə
Köpək balıqları onları çəkən dalğıcı parçaladı
İsraildə köpək balıqları onları su altında çəkən dalğıcı parçalayıb.
Medianews.az xəbər verir ki, hadisə Hadera şəhərində, aprelin 21-də baş verib.
Bir neçə gün sonra 40 yaşlı Barak Tsaxın köpək balıqlarının qurbanı olduğu məlum olub. Polisin məlumatına görə, kişi işdən evə qayıdarkən sahildə dayanıb və balıq tutmaq qərarına gəlib.
Tsaxın qohumları bu versiyanı təkzib ediblər. Onların sözlərinə görə, kişinin yanında yem yox, yalnız üzgəcləri, şnorkelli maska və GoPro kamerası olub.
Hadisə şahidinin sözlərinə görə, Tsax kamera ilə köpəkbalığı ilə mübarizə aparmağa çalışsa da, bu, onu xilas edə bilməyib.
Kişinin ailəsi insanları onun necə öldüyü barədə yalan məlumat yaymamağa çağırıb.
Medianews.az