Medianews.az
Neft dördüncü yerdə gəlir – Bəs ilk üç mənbə hansıdır? -<span style=color:red> İCMAL
114 baxış

Neft dördüncü yerdə gəlir – Bəs ilk üç mənbə hansıdır? - İCMAL

Beynəlxalq Enerji Agentliyi 2024-cü ilin Qlobal Enerji İcmalını açıqlayıb. İqtisadçı ekspert Rövşən Ağayev Medianews.az-a deyib ki, hesabata görə, il ərzində dünyanın enerjiyə tələbi 2,2% artıb ki, bu da son 10 ilin orta illik göstəricisindən yuxarıdır. Elektrik enerjisi tələbi daha yüksək sürətlə artıb - 4,3%. R.Ağayev qeyd edib ki, tələbin daha yüksək templə artmasının səbəbəbi tempraturun yüksəlməsi, rəqəmsallaşma kimi amillər olub. Artan enerji tələbinin 80%-i inkişaf etməkdə olan ölkələrin, xüsusən Çin və Hindistanın hesabına olub. Bununla belə, 2024-cü ildə Çinin ernerji tələbinin artım tempi (3%) son 10 ilin orta illik göstəricindən (4,3%) aşağı olub. İnkişaf etmiş ölkələrin enerji tələbi cəmi 1% artıb. Ekspertin sözlərinə görə, daha bir maraqlı məqam artan enerji tələbinin ödənmə mənbəyidir: ümümi tələb artımının təmin olunmasında 38%-lə ilk yerdə bərpa olunan enerji mənbələri, 28%-lə 2-ci yerdə qaz, 15%-lə 3-cü yerdə kömür, cəmi 11%-lə 4-cü yerdə neft gəlib. R.Ağayev hesab edir ki, bu rəqəmlər ənənəvi enerjiyə (xüsusən neftə) tələbatın cari və yaxın perspektivdə vəziyyətini görmək üçün çox mühüm göstəricilərdir: “Ümumi enerji tələbinin qarşılanmasında neftin payı son 50 ildə ən aşağı göstəriciyə malik olub - təxminən 35%. Halbuki son onilliklərdə ən yuxarı göstərici - 46% qeydə alınmışdı. Neftə tələbat da digər enerji növlərinə nisbətən ən aşağı səviyyədə (0,8%) artıb”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun