25.04.2025, 12:29
62
baxış
TURAN
Zəlzələni unudub bir-biri ilə dava etdilər: yaralılar var - ANBAAN VİDEO
İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra gecəni qapalı futbol meydançasında keçirən 2 qrup arasında çıxan davada 4 nəfər yaralanıb.
Medianews.az xəbər verir ki, hadisə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
Dava ətrafdakı insanların müdaxiləsi ilə sona çatıb, xəbərin ardından əraziyə polis və təcili yardım sövq edilib. Dava zamanı yaralanan 4 nəfər təcili tərəfindən yaxınlıqdakı xəstəxanalara aparılıb. Davanın ərazidə bir uşağın topla oynaması səbəbindən baş verdiyi iddia edilib.
Sözügedən hadisənin görüntülərini təqdim edirik.
Medianews.az
[playlist type="video" ids="817530"]