Medianews.az
Zəlzələdən sonra binalara baxış keçirən bələdiyyə sədrinin bu davranışı gündəm oldu - <span style=color:red>VİDEO
61 baxış

Zəlzələdən sonra binalara baxış keçirən bələdiyyə sədrinin bu davranışı gündəm oldu - VİDEO

İstanbulda baş verən zəlzələdən sonra bölgədə yaranan gərginlik və narahatlıq fonunda diqqətçəkən bir hadisə yaşanıb. Medianews.az xəbər verir ki, Büyükçekmece Bələdiyyə Başçısı Həsən Akgün, zəlzələnin təsirini qiymətləndirmək üçün əraziyə gedərək binaların vəziyyətini divarları döyərək və fənərlə yoxlamağa başlayıb. Onun bu davranışı sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Hadisə zamanı çəkilmiş görüntülər ictimaiyyətə təqdim olunub və qısa zamanda sosial platformalarda yayılıb. Görüntülərdə Həsən Akgünün binaların divarlarına əl ilə toxunaraq və fənərin işığı ilə araşdırmalar apardığı müşahidə olunur.

Lakin bu addım peşəkar zəlzələ və tikinti mütəxəssisləri tərəfindən sərt şəkildə tənqid edilib. Mütəxəssislər belə yoxlamaların heç bir elmi və texniki əsasının olmadığını bildirərək, bu cür davranışların əslində cəmiyyət arasında çaşqınlıq yaratdığını qeyd ediblər. Sosial media istifadəçiləri isə bələdiyyə başçısının bu addımını ya şou kimi qiymətləndirib.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, sözügedən görüntülər ictimai müzakirələri qızışdırmağa davam edir. Medianews.az

[playlist type="video" ids="817595"]

Bizə qoşulun