Londonun Deptford rayonunda 40 yaşlarında olan qadın evinin qapısını açmağa çalışarkən arxadan gələn bıçaqlı təcavüzkarın hücumuna məruz qalıb.
Medianews.az xəbər verir ki, hadisə anları qadının evinin qarşısındakı təhlükəsizlik kamerasına düşüb.
Qadın evinin açarını axtararkən qəfildən arxadan qara geyimli və üzünü örtən kişinin hücumuna məruz qalıb. London Polis Departamentinin məlumatına görə, qadın heç bir xəsarət almadan hadisə yerindən qaça bilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Hadisənin görüntülərini təqdim edirik.
Medianews.az
[playlist type="video" ids="817564"]