DƏHŞƏT: 25 şagirdin gözü önündə arvadını öldürdü, özü isə intihar etdi - FOTO
Türkiyənin Samsun şəhərində Cengiz Altınel adlı şəxs iki gün əvvəl işə başladığı restoranda boşanma prosesində olduğu həyat yoldaşını tapança ilə öldürüb, daha sonra intihar edib.
Medianews.az xəbər verir ki, həyatını itirən qadının təxminən bir həftə əvvəl məhkəmədən uzaqlaşdırma haqqında iltizam qərarı aldığı məlum olub.
Hadisənin yaşandığı əsnada restoranda 25 şagird olub. Səhər yeməyi üçün müəllimləri ilə hadisə baş verən restoranda olan şagirdlər qətlə şahidlik ediblər.
Hadisə yerinə təcili yardım çağırıldıqdan sonra Cengiz və Pınar Altınelin öldüyü müəyyən edib. Cəsədlər jandarma qruplarının köməyi ilə ekspertiza üçün Alaçam Dövlət Xəstəxanasına aparılıb.
Medianews.az