Medianews.az
Arvadının boğazını kəsərək öldürən musiqiçi hakim qarşısında: <span style=color:red>"Şübhələnmişdim..."
73 baxış

Arvadının boğazını kəsərək öldürən musiqiçi hakim qarşısında: "Şübhələnmişdim..."

Türkiyənin Sakarya vilayətində həyat yoldaşının boğazını kəsərək öldürən və cəsədini yol kənarına atan musiqiçi İsgəndər Kodalak ilk dəfə hakim qarşısına çıxıb. Medianews.az xəbər verir ki, İsgəndər Kodalak hakim qarşısında özünü müdafiə edib. Sakarya 2-ci Ağır Cəza Məhkəməsində İsgəndər Kodalak barəsində Sakarya Respublika Prokurorluğunun hazırladığı iddianamə əsasında ağırlaşdırılmış ömürlük həbs tələbi ilə iş açılıb. Keçirilən işin ilk iclasında müttəhim İsgəndər Kodalak məhkəmə zalında iştirak edib. İclasda altı şahiddən üçü dinlənilib. Təqsirləndirilən şəxsin vəkilləri İsgəndər Kodalakın psixoloji problemlərinin olduğunu iddia ediblər. İsgəndər Kodalak müdafiə çıxışında həyat yoldaşı ilə aralarında heç bir problem olmadığını, lakin son vaxtlar problem yaşamağa başladıqlarını bildirib. Kodalak hadisənin qısqanclığı ucbatından baş verdiyini iddia edib: "Gözümlə görməsəm də ondan şübhələnmişdim. Hadisə baş verən gün səhər evdə bu məsələni danışanda mübahisə etməyə başladıq. Güclü səs gələndə çölə çıxmaq qərarına gəldik. Hadisə yerinə gedəndə mübahisəmizə davam etdik. Maşından burğacı götürdüm, qalanını xatırlamıram”. Qeyd edək ki, sözügedən hadisə 2024-cü ildə, dekabr ayının 30-da baş verib. Sakaryanın Kaynarca rayonunda musiqiçi 42 yaşlı İsgəndər Kodalak 12 illik həyat yoldaşı Simge Kodalakın boğazını kəsərək öldürüb. Cəsədini isə Müezzinlər Göleti yolunun kənarına qoyub. Daha sonra Kocaali Polis İdarəsinə gedərək təslim olan İsgənder Kodalak həbs edilib. Medianews.az Eşini öldürüp cesedini göle atan cani koca: Bıçak kırılınca tornavidayı aldım  

Bizə qoşulun