23.04.2025, 07:57
135 baxış
Azad
Temperatur 10-15 dərəcə enəcək - Yeni Qütb axını gəlir
Medianews.az saytı “İnstagram” sosial şəbəkəsində dəqiq proqnozları ilə diqqət çəkən “Weather_man_aze” hesabının yaydığı növbəti hava proqnozunu təqdim edir.
Medianews.az-ın məlumatına görə, proqnozda deyilir ki, bu həftənin qalan günlərində ölkə ərazisi müxtəlif istiqamətli hava axınlarının təsiri altında olacaq.
Qara dəniz, Aralıq dənizi və cənubi Rusiya axınları ayrı ayrılıqda ölkəmizin müəyyən ərazilərini öz təsirində saxlayacaq.
Buna görə də yaxın günlərdə ölkə ərazisində qarışıq hava şəraiti olacaq.
Bölgələrimizin hava şəraiti o ərazilərin hansı axınının təsiri altına düşəcəyindən asılı olacaq.
Bəzi bölgələrdə külək güclənəcək, bəzilərində temperatur artacaq, bəzilərində yağış yağacaq.
Bu ərəfədə ciddi temperatur enməsi olmayacaq.
Əksinə, Aranda gündüz temperatur artaraq +28+29-a çıxacaq, buna baxmayaraq bəzi rayonlarda gecələr yağış da yağacaq.
Əksər rayonlarda gündüzlər yağıntı olmasa da, gecələr qısamüddətli yağışlar yağacaq.
Bakı və Abşeronda isə Şimal və Cənub küləkləri bir-birini əvəz edərək, arabir güclənəcək.
Xüsusən 24-ü axşama doğru və 25-i gecədən başlayaraq 26-sı da daxil olmaqla Şimal küləkləri güclənəcək.
Aprelin 23-ü gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq.
Aprelin 27-də isə ölkə ərazisinə yeni Qütb axını daxil olacaq.
Bu axının yağıntısı hələ ki, az olsa da, özü ilə güclü küləklər gətirir.
Bakı və Abşeronda, eləcə də bəzi bölgələrdə güclü Şimal küləkləri əsəcək.
Gələn həftənin əvvəli temperaturda 10-15 dərəcə enmə olmalıdır.
Axın yaxınlaşdıqca gücünü bir az da artıra və yaxud az da olsa zəifləyə bilər.
Gələn həftənin əvvəlləri Qütb axınının təsirində olacaq.
Hətta qısa fasilədən sonra mayın əvvəlində də yenidən qayıtmaq ehtimalı var.
Qütb axını barədə tezliklə yenilənmiş əlavə məlumat olacaq.
Toğrul Əli,
Medianews.az
Paylaş: