Medianews.az
Media nümayəndələri üçün məlumat sessiyası keçirilib - <span style=color:red>“Konstitusiya və Suverenlik İli”
186 baxış

Media nümayəndələri üçün məlumat sessiyası keçirilib - “Konstitusiya və Suverenlik İli”

Aprelin 22-də Hüquq və İnsan Haqları İnstitutu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Medianın İnkişafı Agentliyi ilə birgə bir sıra media qurumlarının nümayəndələri üçün məlumat sessiyası təşkil edib. Medianews.az xəbər verir ki, “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda keçirilən bu mühüm tədbir 27 media nümayəndəsinin iştirakı ilə gerçəkləşib. Tədbirin açılışında iştirakçıları salamlayan Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev Medianın İnkişafı Agentliyi ilə institut arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edib. Eyni zamanda V.İbayev institutun jurnalistlər üçün faydalı ola biləcək resursları və tədbirləri barədə məlumat verib. Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli çıxışında “Konstitusiya və Suverenlik İli” çərçivəsində medianın qarşısında duran əsas vəzifələrdən danışıb. O, bildirib ki, bu dövrdə hüquq və azadlıqların, konstitusiya prinsiplərinin cəmiyyətə düzgün çatdırılması medianın əsas məsuliyyətlərindəndir. N.Məmmədli həmçinin medianın demokratik dəyərlərin təbliğində etibarlı və obyektiv platforma rolunu oynamasının vacibliyini də vurğulayıb. İnstitutun təlimçi-ekspertləri Zümrüd Əlizadə və Heydər Həsən oğlu Əliyev insan hüquqlarının mahiyyəti, Konstitusiyada təsbit olunan əsas hüquqlar və beynəlxalq müdafiə mexanizmləri barədə geniş təqdimatla çıxış ediblər. Bununla yanaşı Konstitusiyada təsbit edilən təhsil, əmək, mənzil, yaradıcılıq azadlığı, ana dilindən istifadə, mülki və siyasi hüquqlarla bağlı məsələlər də müzakirə olunub. Məlumat sessiyası qarşılıqlı fikir mübadiləsi və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb. Nailə Qasımova, Medianews.az [gallery columns="1" link="file" size="full" ids="816883,816882,816878,816881,816877,816879,816884,816901,816902,816892,816887,816890,816889,816891,816893,816894,816888,816895,816896,816885,816897,816898,816899,816886,816900"]

Bizə qoşulun