Medianews.az
Dünyada yeni nizamın formalaşdığını necə biləcəyik? Politoloq: <span style=color:red>“Azərbaycanla bağlı iki proses...”
233 baxış

Dünyada yeni nizamın formalaşdığını necə biləcəyik? Politoloq: “Azərbaycanla bağlı iki proses...”

Demək olar hər gün istər yerli, istərsə də xarici mediada yeni dünya nizamından danışılır. İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizamın dəyişməkdə olduğu deyilir. Yeni dünya nizamı nə vaxt formalaşacaq? Artıq dünyada yeni bir beynəlxalq nizamın formalaşdığını biz haradan, necə biləcəyik? Medianews.az-ın suallarına cavab olaraq politoloq Xaqani Cəfərli bildirib ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizam tamamilə dağılıb: “Qənaətimcə, bu prosesə son nöqtəni ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsi qoydu. İndi bəşəriyyəti düşündürən yeni dünya nizamının nə vaxt və necə formalaşacağıdır”. X.Cəfərlinin fikrincə, bu proses təxminən ik il vaxt alacaq: “Bu mənada gələn ilin sonuna, 2027-ci ilin əvvəllərinə kimi yeni dünya düzəninin əsas cizgilərinin formalaşacağını düşünürəm. Bütövlükdə isə prosesin 2030-cu ilə başa çatacağını gözləyirəm. İkinci Dünya müharibəsindən sonra dünya nizamı təxminən beş il ərzində formalaşıb başa çatmışdı”. Politoloq vurğulayıb ki, yeni dünya nizamının cizgilərini Rusiyanın Ukraynada apardığı savaşın, Yaxın Şərqdəki münaqişənin və Trampın ticarət müharibəsinin nəticələri müəyyən edəcək: “Qənaətimcə, yeni dünya nizamı Rusiya mərkəzli avrasiyaçılığın dağılması ilə nəticələnəcək. Bu isə Azərbaycan xalqının qarşısında yeni üfüqlər açacaq. Bunun əlamətləri, işartıları artıq görünür. Azərbaycan Respublikası beynəlxalq proseslərdə daha fəal və güclü şəkildə iştirak edir. İranın gələcəyi ilə bağlı müəyyənedici faktorun Güney Azərbaycan olacağını da artıq bütün siyasi mərkəzlər qəbul edir. Hər iki proses zamanla bir az da güclənəcək. Bu da gələcək dünya nizamı ilə bağlı aydın təsəvvürlər yaradacaq”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun