22.04.2025, 11:48
143 baxış
Lamiyə
Ağciyərlərin sağlamlığını yoxlamaq üçün 20 saniyəlik TEST
Əczaçı Alvaro Fernandez sadə 20 saniyəlik testin ağciyərlərin vəziyyətini yoxlaya biləcəyini söyləyib.
Medianews.az xəbər verir ki, həkimin qeyd etdiyi kimi, əvvəlcə dərindən nəfəs almalı, sonra nəfəsinizi 20 saniyə tutmalısınız. Əgər insan sinə içində heç bir narahatlıq hiss etmədən bunu edə bilirsə, ağciyərləri yaxşı vəziyyətdədir. Üstəlik, orqan normal işləyirsə, nəfəs tutmaq hətta bir dəqiqəyə qədər davam edə bilər.
Fernandez vurğulayıb ki, bu test tibbi test deyil, ancaq nə vaxt həkimə müraciət edəcəyinizi söyləyə bilər. Ağciyərlərin düzgün işləməsini təmin etmək üçün o, müntəzəm olaraq aerob idmanla məşğul olmağı, siqaret də daxil olmaqla pis vərdişlərdən imtina etməyi və açıq havada çox vaxt keçirməyi tövsiyə edib.
Medianews.az
Paylaş: