Medianews.az
Sabahın hava proqnozu <span style=color:red>AÇIQLANDI
194 baxış

Sabahın hava proqnozu AÇIQLANDI

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.  Medianews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 22-də Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 10-13, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət  isə gecə 65-70 %, gündüz 50-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir  yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 22-27, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Bizə qoşulun