Medianews.az
Türkiyədə qadın 7-ci mərtəbədən yıxılaraq <span style=color:red>ÖLDÜ
153 baxış

Türkiyədə qadın 7-ci mərtəbədən yıxılaraq ÖLDÜ

Türkiyədə 55 yaşlı qadın müvazinətini itirərək binanın 7-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb. Medianews.az xəbər verir ki, faciə İstanbulun Sarıyer qəsəbəsində günorta saatlarında baş verib. Hadisə təhlükəsizlik kameralarına əks olunarkən mərhum Hatice Güneyin şizofreniya xəstəliyindən müalicə aldığı öyrənilib. Qadın xəstəxanaya aparılıb əməliyyat olunsa da, onu xilas etmək mümkün olmayıb. Qadının hadisə zamanı evdə tək olub. Əri Aydın Güneyin ifadəsini alan polis hadisə zamanı həyat yoldaşının evdə olmadığını müəyyən edib. Araşdırmalarda Hatice Güneyin şizofreniya diaqnozu ilə müalicə aldığı və son bir ildə 34 fərqli xəstəxana və 22 aptek qeydinin olduğu öyrənilib. Evdə aparılan yoxlamalar zamanı masanın üzərində şizofreniya və bipolyar pozğunluğun müalicəsində istifadə edilən çoxlu dərmanlar aşkar edilib. Polis yıxılmanın baş verdiyi bağlı eyvanda pəncərənin qarşısında sehpa olduğunu da müəyyən edib. Hadisə ilə bağlı istintaq müxtəlif aspektlərdən davam edir. Medianews.az

Bizə qoşulun