18.04.2025, 10:59
5,237 baxış
Azad
Hava proqnozu: Şimal axınının sərt dalğası gözlənilir
“İnstagram” sosial şəbəkəsində dəqiq proqnozları ilə diqqət çəkən “Weather_man_aze” hesabında növbəti hava proqnozu yayılıb.
Medianews.az-ın məlumatına görə, proqnozda deyilir ki, Qütb axını 10 günlük fəaliyyətdən sonra aprelin 18-i gecə ölkəmizi tərk edəcək.
Bu axını Mərkəzi Asiyadan gələn Cənub və Cənub/Şərq axınları əvəz edəcək.
Mərkəzi Asiya axını nəticəsində ölkə ərazisində sabitlik yaranacaq. Temperatur tədricən 5-8 dərəcə artacaq.
Bakı və Abşeronda aprelin 19-u Günəş görünsə də Şimal küləyi əsəcək. (15m/s)
Cənub axınları zamanı isə arabir Cənub küləkləri güclənəcək.
Hələ ki, aprel ayında anomal istilər gözlənilmir.
Aranda temperatur +22+25, Bakıda +20+22, dağlıq bölgələrdə +17+22 dərəcə arasında dəyişəcək.
Mərkəzi Asiya axınının ömrü cəmi üç gün çəkəcək.
Aprelin 22-dən ölkə ərazisinə daxil olacaq ardıcıl Şimal axınları Cənub axınlarını qovaraq, istilərin anomal həddə çatmasına imkan verməyəcək.
Şimal axınlarının ilk cəhdi nisbətən zəif olsa da, Qarabağ, Qərb, Şimal/Qərb və Şimal bölgələrinin müxtəlif ərazilərində yağış yağacaq.
Üçüncü ongünlüyün ortasında Şimal axınının nisbətən sərt dalğası gözlənilir.
Aprel ayı qeyri-sabit ay kimi davam edəcək.
Bu ayda ciddi anomal istilər gözlənilmir.
Temperatur bundan sonra elə yaz fəslinə uyğun, Şimal axınları zamanı isə daha aşağı olacaq.
Medianews.az
Paylaş: