Medianews.az
Alkoqoldan imtina etmək nəyə <span style=color:red> kömək edir? 
155 baxış

Alkoqoldan imtina etmək nəyə kömək edir? 

“Sağlamlığı qorumaq üçün 50 yaşdan yuxarı bir insanın alkoqolla münasibətini yenidən nəzərdən keçirmək lazımdır”. Medianews.az xəbər verir ki, bunu nevroloq Vladimir Martynov deyib. Həkimin sözlərinə görə, 50 yaşdan sonra alkoqoldan tamamilə imtina etmək lazımdır, çünki bu, qan təzyiqinin artmasına səbəb olur, qan damarlarını kövrək edir, depressiya və demans riskini artırır, həmçinin beyin və qaraciyərin fəaliyyətini pozur. Martınovun fikrincə, spirtli içkilərin başqa bir mənfi təsiri, yıxılma və xəsarətlərə səbəb olmasıdır ki, bu da qocalıqda xüsusilə təhlükəlidir. Onun sözlərinə görə, tam imtina həyatda sevinc itkisi deyil, sağlamlığı qorumaq üçün şüurlu bir qərardır. Medianews.az

Bizə qoşulun