Medianews.az
Mühacir baş redaktora ittiham <span style=color:red>irəli sürülüb
91 baxış

Mühacir baş redaktora ittiham irəli sürülüb

Rusiya hakimiyyətinin müxalifi kimi tanınan, ölkə xaricində fəaliyyət göstərən "Meduza" onlayn nəşrinin baş redaktoru İvan Kolpakov "arzuolunmaz" təşkilatda iştirakda ittiham olunur. Medianews.az xəbər verir ki, aprelin 16-da Moskvanın İzmailovski Rayon Məhkəməsi mühacirətdə yaşayan "Meduza"nın baş redaktoru İ.Kolpakova qarşı inzibati iş açıb. Jurnalist Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 20.33-cü maddəsi ilə ittiham olunur. Belə bir ittiham irəli sürülsə də, inzibati işin konkret nəyi nəzərdə tutduğu, dəqiq olaraq nə baş verdiyi hələlik məlum deyil. Bu iş üzrə məhkəmə iclasının hələ təyin edilmədiyi bildirilir. Rusiyanın Baş Prokurorluğu 2023-cü ilin yanvarından "Meduza"nı "arzuolunmaz" təşkilat elan edib. Rusiya məhkəmələri indiyə qədər bu cür "arzuolunmaz" media qurumları ilə fərdi və ya təşkilati əlaqələri aşkarlanmış bir çox şəxs və quruma qarşı 130-dan çox cərimə tətbiq edib. Belə inzibati işlərin bir hissəsi (54-ü) "Meduza" saytı ilə bağlıdır. "Arzuolunmaz" təşkilatda iştirakına görə cərimələr əvvəllər "Meduza" əməkdaşlarından Liliya Yapparovaya, Andrey Pertsevə, Yelizaveta Antonovaya, Svetlana Reyterə, Anton Xitrova və araşdırmaları ilə tanınan digər jurnalistlərə tətbiq olunub. Medianews.az

Bizə qoşulun