17.04.2025, 07:43
173 baxış
Lamiyə
İndoneziyada iki gündə ikinci təbii fəlakət: Bu dəfə zəlzələ oldu
İndoneziyada, Sulavesi adası sahillərində 5.6 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat verib.
Məlumata görə, yeraltı təkanlar təxminən 10 min nəfərin yaşadığı Modisi şəhərindən 46 km cənub-şərqdə baş verib.
Ocaq 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Xatırladaq ki, dünən İndoneziyanın mərkəzi hissəsində Şərqi Yava əyalətində Semeru vulkanı püskürmüşdü.
Paylaş: