Medianews.az
Dövlət Neft Fondunun nə qədər dollar satdığı <span style=color:red>BƏLLİ OLDU
437 baxış

Dövlət Neft Fondunun nə qədər dollar satdığı BƏLLİ OLDU

Mərkəzi Bankın 2025-ci ilin birinci rübündə keçirdiyi valyuta hərraclarında Dövlət Neft Fondunun nə qədər ABŞ dolları satdığı bəlli olub. Medianews.az bildirir ki, ilin üç ayında Dövlət Neft Fondu sözügedən valyuta hərraclarında 2 milyard 420,6 milyon ABŞ dolları məbləğində vəsait satıb. Medianews.az qeyd edir ki, Dövlət Neft Fondu 2024-cü ildə, yəni bütün il boyu, dörd rüb ərzində Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında ümumilikdə 7,1 milyard dollar vəsait satmışdı. 2023-cü ildə analoji illik satış həcmi 2,7 milyard, 2022-ci ildə 4,7 milyard, 2021-ci ildə 6,7 milyard, 2020-ci ildə 7,3 milyard, 2019-cu ildə 6,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2017-ci ildə 3,6 milyard, 2016-cı ildə 4,9 milyard olub. 2015-2017-ci illərdə Azərbaycanda rəsmi kursu 0,7844 manatdan 1,7001 manata yüksələn ABŞ dolları 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur. 2025-ci il aprelin 1-nə Dövlət Neft Fondunun 62 milyard 740,2 milyon dollarlıq aktivi, Mərkəzi Bankın 11 milyard 26,5 milyon dollar valyuta ehtiyatı olub. Toğrul Əli, Medianews.az

Bizə qoşulun