17.04.2025, 12:23
                
                
                  
                  172 baxış
                
                
                  
                  
                    Azad
                  
                                  
              Bu ilin 3 ayında 3 milyard 336 milyon dollarlıq neft bu 13 ölkəyə ixrac olunub
 
                Bu ilin ilk rübündə Azərbaycandan 3 milyard 336,6 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.
Medianews.az bildirir ki, Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını belə sıralayıb: İtaliya, Çexiya, Almaniya, Xorvatiya, Rumıniya, Portuqaliya, İrlandiya, Böyük Britaniya, İsveçrə, Yunanıstan, Bolqarıstan, Tunis, Türkiyə.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib. Yanvar-mart aylarında ölkədə 6,9 milyon ton neft çıxarılıb.
Dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan neftinin barreli hazırda 68,46 dollara satılır.
Medianews.az