Medianews.az
Bu 2 məhsul qan təzyiqini idarə etməyə<span style=color:red> kömək edir
114 baxış

Bu 2 məhsul qan təzyiqini idarə etməyə kömək edir

Duzun məhdudlaşdırılması və müntəzəm olaraq kalium olan qidaların istehlakı yüksək təzyiqə kömək edir. Medianews.az xəbər verir ki, bunu professor Anita Leito deyib. Professor qeyd edib ki, təzyiqi yüksək olan insanlara adətən az duz yemək məsləhət görülür. Lakin onun hesablamaları göstəib ki, duz qəbulunu azaltmaqla və eyni zamanda pəhrizə kalium əlavə etməklə qan təzyiqini daha effektiv idarə etmək olar. Leito banan və brokolini bu mikroelementin yaxşı mənbələri adlandırıb. Hesablamalar üzərində də çalışan tədqiqatçı Melissa Stadt, meyvə və tərəvəzlərin faydalı təsirlərinin təkamüllə izah oluna biləcəyini irəli sürüb. Onun fikrincə, insanlar əsrlər boyu çoxlu bitki mənşəli qidalar qəbul edirlər ki, bu da orqanizmin yalnız pəhrizdə tərəvəz və meyvələr olduqda yaxşı işləməsi mexanizmini yaradıb. Medianews.az

Bizə qoşulun