Dövlət Statistika Komitəsi 2025-ci il martın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 1043,6 manat göstərib.
Medianews.az bildirir ki, digər 10 iqtisadi fəaliyyət növündə orta maaş bundan az olub:
 	- daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 997,4 manat;
 
 	- emal sənayesi – 950,6 manat;
 
 	- əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 910 manat;
 
 	- istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 844,3 manat;
 
 	- təhsil – 792,3 manat;
 
 	- turistlərin yerləşdirilməsi və ictimai iaşə – 779,4 manat;
 
 	- ticarət; nəqliyyat vasitələrinin təmiri – 739,7 manat;
 
 	- su təchizatı, tullantıların təmizlənməsi və emalı – 713,7 manat;
 
 	- inzibati və yardımçı xidmətlərin göstərilməsi – 664,7 manat;
 
 	- kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 642,2 manat.
 
Qalan fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:
 	- mədən sənayesi – 3444,2 manat;
 
 	- maliyyə və sığorta fəaliyyəti – 2651,4 manat;
 
 	- informasiya və rabitə – 1897,4 manat;
 
 	- peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1640,4 manat;
 
 	- nəqliyyat və anbar təsərrüfatı – 1567,6 manat;
 
 	- dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1317,9 manat;
 
 	- tikinti – 1120,5 manat;
 
 	- elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1077,6 manat;
 
 	- başqa sahələrdə xidmətlərin göstərilməsi – 1308,4 manat.
 
Ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır.
Toğrul Əli,
Medianews.az