Medianews.az
Bakıda iki qardaş bıçaqlandı - <span style=color:red>Birinin 16 yaşı var
193 baxış

Bakıda iki qardaş bıçaqlandı - Birinin 16 yaşı var

Bakıda iki qardaş bıçaqlanıb. “Qafqazinfo” xəbər verir ki, hadisə Qaradağ rayon Qızıldaş qəsəbəsində baş verib. Aprelin 12-də saat 23:30 radələrində 2002-ci il təvəllüdlü Fərid Elman oğlu Mustafayevlə 2009-cu il təvəllüdlü qardaşı Elnura münaqişə zəminində bıçaqla xəsarət yetirilib. Hər iki qardaş qarın nahiyəsinin ön hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə çatdırılıb. Onlar cərrahi əməliyyat olunublar. DİN-in Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

Bizə qoşulun