Medianews.az
Məhbus jurnalistə xərçəng diaqnozu qoyulub
149 baxış

Məhbus jurnalistə xərçəng diaqnozu qoyulub

Həbsdə olan jurnalist, “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallının səhhətində ciddi problem yaranıb.  Medianews.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu məhbus jurnalistin həyat yoldaşı Məlahət Zeynallı açıqlayıb. Həyat yoldaşı bildirib ki, Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub: “Əvəz Zeynallını təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar. “Hər şey yaxşıdır” - bizə, ailəsinə müqəddəs yalan deyib, heç kəs üzülməsin deyə. Dünən yanında olduq. Bir iki sual verəndən sonra məntiqsiz və əlaqəsiz cavabları bizi şübhələndirdi. Çox yalvar-yaxardan sonra həqiqəti söyləməli oldu. Bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb. Bu günlərdə kimya terapiyasına başlayacaqlar”. Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-dan həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi onu rüşvət almada, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmədə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edilib, daha sonra cəzası iki ay azaldılıb.

Bizə qoşulun