Medianews.az
Çempionlar Liqasında oyun sayına görə ölkələrin<span style=color:red> REYTİNQİ
227 baxış

Çempionlar Liqasında oyun sayına görə ölkələrin REYTİNQİ

"The Athletic" nəşri UEFA Çempionlar Liqasında (keçmiş adı Avropa Çempionlar Kuboku - red.) ölkələr üzrə klubların oynadığı oyunların statistikasını yayıb. Medianews.az oxu.az-a istinadən xəbər verir ki, reytinqdə İspaniya birinci yerdədir. Bu ölkənin klubları ümumilikdə 1 400 oyun keçirib. İngiltərə 1 283 oyunla ikinci, Almaniya isə 1 252 görüşlə üçüncü yerdə qərarlaşıb. İtaliya 1 141 oyunla dördüncü, Fransa isə 799 oyunla beşinci yerdədir. Xatırladaq ki, Çempionlar Liqasının hazırkı qalibi Madridin "Real" klubudur. Keçənilki finalda ispanlar Dortmund "Borussiya"sını 2:0 hesabı ilə məğlub ediblər.

Bizə qoşulun