Medianews.az
Ədalət Partiyası qurultay qərarına <span style=color:red>toplaşır
99 baxış

Ədalət Partiyası qurultay qərarına toplaşır

Ədalət Partiyasının Siyasi Şurası qurultay məsələsini müzakirə etməyə toplaşır. Partiyanın sədr müavini Mütəllim Rəhimov Medanews.az-a açıqlamasında deyib ki, aprelin 12-si Siyasi Şuranın iclası keçiriləcək: “İclasda partiya qurultayının vaxtı məsələsini müzakirə edəcəyik”. 1993-cü ildə təsis edilmiş Ədalət Partiyasının qurucu lideri İlyas İsmayılov 2025-ci ilin fevralında 86 yaşında vəfat edib. Bu səbəbdən partiyanın mart ayında keçirilməli olan qurultayı baş tutmayıb. Nizamnaməyə əsasən, Ədalət Partiyasının qurultayı dörd ildən bir keçirilməlidir. Sonuncu qurultay 2021-ci ilin martında olub. İlyas İsmayılov vəfat etdiyinə görə qarşıdan gələn qurultayda Ədalət Partiyasına həm də yeni sədr seçilməlidir. Nailə Qasımova, Medanews.az

Bizə qoşulun