Medianews.az
Qeyri-adekvat gənc əlində bıçaqla <span style=color:red> məktəbə girdi
91 baxış

Qeyri-adekvat gənc əlində bıçaqla məktəbə girdi

Rusiyada aqressiv bir şəxs əlində bıçaqla məktəbə basqın edib. Medianews.az xəbər verir ki, hadisə Çelyabinskdə baş verib. Məlumata görə, gənc oğlan 145 saylı məktəbin girişindəki turniketin üstündən keçərək “oxumaq istədiyini” qışqıraraq şagirdlərə tərəf yönəlib. Lakin iki müəllim - bədən tərbiyəsi müəllimi və həyat təhlükəsizliyi müəllimi onun yolunu kəsib zərərsizləşdirərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil veriblər. Saxlanılan şəxs narkotik vasitənin təsiri altında ola bilər. Medianews.az

Bizə qoşulun