10.04.2025, 14:14
111 baxış
Lamiyə
21 yaşlı futbolçu faciəvi şəkildə vəfat etdi
Perunun “Real Titan” klubunun futbolçusu Helar Qonzales Altamirano dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, 21 yaşlı oyunçu qapıçı ilə toqquşaraq faciəvi şəkildə vəfat edib.
O, ölkə kuboku görüşündə qapıçı ilə toqquşma nəticəsində dünyasını dəyişib. “Real Titan”ın formasını geyinən Altamirano “Defensor”la qarşılaşmanın 70-ci dəqiqəsində rəqibin qapıçısı ilə toqquşaraq başından ağır zədə alıb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ölümə səbəb gənc futbolçunun başındakı damarın yırtılması olub.