Medianews.az
Aprelin 10-u kəskin hava şəraiti - <span style=color:red>Avtomobilləri ağac altında saxlamayın
199 baxış

Aprelin 10-u kəskin hava şəraiti - Avtomobilləri ağac altında saxlamayın

Qütb axını artıq aktiv fəaliyyətə başlayıb. Külək qısa ara verəndən sonra bu gecə sübhə yaxın Bakı və Abşerona yeni şiddətli külək daxil olacaq. Avtomobilləri ağac altında saxlamayın, sabah işə və dərsə gedənlər küləkli soyuğu nəzərə alsınlar. Aprelin 10-da gün ərzində şiddətli külək əsəcək. (30-35m/s). Külək axşama doğru daha da şiddətlənəcək. Temperatur +10+12 dərəcə olsa da, küləyə görə +2 dərəcə hiss ediləcək. Yarımadanın müxtəlif yerlərində, xüsusən günün ikinci yarısı şimşək çaxacaq və yağış yağacaq. Bölgələrdə güclü küləklər əsəcək. Bu axşamdan xüsusən Qərb bölgəsindən başlayaraq külək güclənəcək. Sabah əsasən Qərb bölgəsində və Aran rayonlarında güclü küləklər əsəcək. Bu gün Şimal/Qərbdən və Qərbdən başlayan yağış sabah əhatə dairəsəni genişləndirəcək və əksər bölgələrimiz az və çox dərəcədə yağış payını alacaq. Medianews.az

Bizə qoşulun