Medianews.az
Ramil Şeydayev onlara <span style=color:red>çatdı
171 baxış

Ramil Şeydayev onlara çatdı

“Neftçi”nin futbolçusu Ramil Şeydayev Azərbaycan çempionatlarında 40-cı qolunu vurub. Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Onun yubiley qolu Azərbaycan Premyer Liqasının 29-cu turuna təsadüf edib. “Şamaxı” ilə səfər matçının (2:0) 42-ci dəqiqəsində penaltidən yararlanan 29 yaşlı hücumçu 40-cı qolunu 127-ci oyununda vurub. O, “Qarabağ”da 30 (75 oyun), “Sabah”da 6 (28 oyun), “Neftçi”də 4 (24 oyun) dəfə fərqlənib. Ramil ölkə çempionatları tarixində 40 və daha çox qola imza atan 67-ci futbolçudur. O, bu göstəricidə Mehman Allahverdiyev, Fernando Peres və Junivan Suaresə çatıb.

Bizə qoşulun