Medianews.az
“Ədalət” qərar verməyə hazırlaşır – <span style=color:red>Sədr müavini
361 baxış

“Ədalət” qərar verməyə hazırlaşır – Sədr müavini

“Ədalət Partiyasının qurultayı bu ilin mart ayında olmalı idi. Çünki partiya nizamnaməsinə görə, dörd ildən bir qurultay keçirilməlidir. Sonuncu qurultayımız 2021-ci ilin mart ayında olub. Amma bu il fevralında partiyamızın sədri İlyas İsmayılov vəfat etdi. Bu səbəbdən tədbiri vaxtında reallaşdıra bilmədik. Tezliklə nizamnamə pozuntusunu aradan qaldırmağımız tələb olunur. Partiyamız qurultayını keçirməli, həm də yeni sədr seçməlidir”. Aprelin 8-i Medianews.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimov belə deyib. M.Rəhimov bildirib ki, hazırda partiya rəhbərliyi qurultayın təşkili məsələsi üzərində düşünür: “Yəqin ki, yaxın günlərdə bununla bağlı qərar veriləcək. Çalışırıq qurultay aprel ayında olsun. Bununla belə dəqiq tarix deyə bilməyəcəm, çünki məsələyə partiya rəhbərliyi kollegial şəkildə münasibət bildirməlidir. Amma mən düşünürəm ki, biz bunu aprel ayında reallaşdırsaq daha yaxşı olar". Ədalət Partiyası 1993-cü ildə yaradılıb. Partiyanın qurucu lideri, sovet dövründə respublika prokuroru, müstəqillik dövründə Azərbaycanın ədliyyə naziri, Milli Məclisin deputatı olmuş professor İlyas İsmayılov 2025-ci il fevralın 17-də 86 yaşında vəfat edib. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun