04.04.2025, 15:17
104
baxış
TURAN
Xalq artistinin vəziyyəti pisləşdi: Əməliyyata götürüldü - FOTO
Xalq artisti, bəstəkar Faiq Sücəddinovun vəziyyəti pisləşib.
Manset.az-ın əldə etdiyi məlumata görə, görkəmli sənətkarın böyrəyində problem yaranıb və təcili əməliyyata götürülüb.
Xalq artistinin əməliyyatdan sonra vəziyyəti yaxşıdır, müalicə prosesi davam edir.
Qeyd edək ki, Faiq Sücəddinov 2006-cı ildə Xalq Artisti fəxri adına layiq görülüb. Azərbaycanın ən məşhur bəstəkarlarından biridir. Prezident təqaüdçüsüdür.