Ukraynanın Dnepropetrovsk vilayətində dəhşətli hadisə baş verib. Medianews.az xəbər verir ki, məmurun idarə etdiyi avtomobil səhər saatlarında naməlum səbəbdən partlayıb.
Hadisə səhər saat 07:40-da (Bakı vaxtı ilə 09:40) qeydə alınıb. Partlayış nəticəsində avtomobildə olan iki nəfər – məmur və onun həyat yoldaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Zərərçəkən şəxs Dnepr şəhərinin Sol Sahil administrasiyasının rəhbəri Yuri Fedkodur. Məlumatlara görə, hadisə baş verən zaman Fedko avtomobili idarə edirmiş və onunla birlikdə həyat yoldaşı da avtomobildə olub. Hər iki şəxs partlayış nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır. Partlayışın təsadüfi qəza, texniki nasazlıq, yoxsa qəsdən törədilmiş akt olduğu versiyaları istisna edilmir. Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb, ekspertiza qrupu işə cəlb edilib.
Hadisə yerli mediada geniş rezonans doğurub. Məmura qarşı məqsədli hücum ehtimalı da istisna olunmur, lakin bu barədə rəsmi açıqlama verilməyib.
Medianews.az
