04.04.2025, 10:18
316
baxış
Lamiyə
Supermarketdən alınan kartofu əkmək olarmı?
Peşəkar bağban Peq Aloi yazda supermarketdən alınan kartofu əkməyin mümkün olub olmadığını izah edib.
Medianews.az “Unian”a istinadən xəbər verir ki, onun sözlərinə görə, kartofu yetişdirmək çox asandır.
“Həmişə sınamağı tövsiyə etdiyim məhsullardan biri də kartofdur, çünki onları yetişdirmək asandır və çox gözəl çeşidlər var... İstər yerdə, istərsə də qablarda kartof əksəniz, onları yetişdirmək asan olur və bağçılıq səyahətinizə başlamaq üçün əla bir yoldur", - deyə bağban qeyd edib.
Onun sözlərinə görə, supermarket kartofunu toxumluq kartof kimi əkmək olar. Mart ayında supermarketdən alınan kartofların, xüsusən də iki həftə ərzində tez-tez cücərməyə başlayan üzvi kartofların aprelin əvvəlinə qədər əkməyə olar.
Medianews.az